Xəbər lenti

Sarkisyan İlham Əliyevi gözlədi - Cenevrədə maraqlı görüntülər - VİDEOAzərbaycan və Ermənistan prezidentləri bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Publika.az
 xəbər verir ki, əvvəlcə prezidentlər hər iki ölkənin XİN rəhbərləri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşüb.

Daha sonra prezidentlərin təkbətək görüşü başlanıb. Ermənistan mediasında prezidentlərin təkbətək görüşünü əks etdirən qısa videogörüntülər yayılıb. Videoda diqqət çəkən məqam Ermənistan prezidentinin təkbətək görüşün keçirildiyi masaya daha öncə əyləşməsi və Azərbaycan liderini gözləməsidir.

Azərbaycan prezidenti gəldikdən sonra təkbətək müzakirə başlanıb.




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 16-10-2017, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma