Yevlax rayonunun Aran qəsəbəsində bıçaqlanan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, bu, 1985-ci il təvəllüdlü Aran qəsəbəsi sakin Şirinov Şaiq Zakir oğludur.
Ona qarın boşluğundan və çiyin nayihəsindən bıçaq zərbələri endirilib.
Yaralı cərrahi əməliyyatdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun durumu kafidir. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
***18:56
Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Aran qəsəbəsində qeydə alınıb.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş sakin Yevlax rayonu ərazisində bıçaq xəsarəti alıb. O, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Paylaş: