Xəbər lenti

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Strateq.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub:

“Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Ə.Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyusunda gizlətdiyini bildirib. Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, 12 metr dərinliyində olan quyudan 1 ədəd sandıqçasında 20 ədəd patron olan “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

42-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyev tutularaq bölməyə gətirilib. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış zamanı torpağa basdırılan 1 ədəd “Karabin” markalı yivli tüfəng, 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd F-1 əl qumbarası və alışqanı, 1 ədəd “AK 74” avtomatına məxsus süngü bıçağı, həmçinin 65 ədəd müxtəlif növ patron aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib”.

 




Ana səhifəyə qayıt        Baxış: 906          Tarix: 10-04-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma