Xəbər lenti

BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına yol verməməyə çağırıb.

Bu barədə A.Quterrişin adından yayılan bəyanatda deyilir.

“Baş katib, fürsətdən istifadə edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlarda təmas xəttində mümkün gərginlik hallarının qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün səyləri artırmaq məqsədi ilə tərəflərə ünvanladığı müraciətinə qoşulmaq istərdi”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu 1994-cü ildə yaradılıb. Hazırda Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şoferdir/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 24-04-2018, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma