Xəbər lenti

İlk xəbər saat 16:49-da verilib. 

Salyan. 18 iyun. REPORT.AZ/ Salyanda 24 yaşlı gənc intihar edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Plastmas yaşayış massivində qeydə alınıb. 

Belə ki, massiv sakini Abbasov Vüsal Nadir oğlu yaşadığı ünvanda özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

*** 

Bundan başqa, Salyan şəhərində də intihar faktı qeydə alınıb. Belə ki, şəhərin 28 yaşlı sakini Əltural Qurbanov 5 mərtəbəli yayaşış binasının daşında özünü asıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 770          Tarix: 18-06-2018, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma