Xəbər lenti

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 20-07-2018, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma