Xəbər lenti

 Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, iyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmaması və orada ölməsi barədə Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 868          Tarix: 26-07-2018, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma