“Azərbaycanda fəaliyyət göstərən dönərxanalar standarta uyğun olmayan dönər hazırlayır”.
Bunu Azərbaycanda fastfood və dönərxana sahəsindəki vəziyyəti Sputnik Azərbaycan-a şərh edərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, ölkədə 15 mindən çox dönərxana fəaliyət göstərir: “Bu dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir. Qalan dönərxnalara standarta uyğun olmayan, təhlükəli heyvan ətlərindən dönər hazırlayır. Toyuq ətindən dönərin hazırlanması 2006-cı ildən qadağan olunsa da hələ də bişirilib satılır. Aparılan montorinqlər nəticəsində müəyyən olunub ki, Səhiyyə Nazirliyi tərəfindən qadağan olunsa da dönərxanaların 85 faizində toyuq dönəri hazırlanır. Toyuq dönəri xəstəliklərin yaranmasına şərait yaradır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir”.
Paylaş: