Xəbər lenti

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hadisə oktyabrın 11-də Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə saat 23:50 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən bir nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.

Sərhədçilərin “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə – İran İslam Respublikasına tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı bir ədəd sarı rəngli kisənin içərisində 10 kiloqram 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərman aşkarlanıb.

Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 15-10-2018, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma