Xəbər lenti

ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyəyə səfəri zamanı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda müxalifətçi jurnalist Camal Xaşuqcinin qətli zamanı qeydə alındığı ehtimal edilən səs yazısını dinləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABC telekanalı məlumat yayıb.

Türkiyənin rəsmi şəxsləri sırasından olan mənbənin məlumatına görə, Pompeo səs yazısı ilə çərşənbə günü tanış olub, bundan əlavə, ona səs yazısının stenoqramı verilib. Eyni zamanda Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert telekanala bildirib ki, Pompeo “plyonkanı dinləməyib”. Lakin o, dövlət katibinin stenoqramı alıb-almadığını dəqiqləşdirməyib.

ABC-nin məlumatına görə, Pompeonun ABŞ prezidentinə Səudiyyə Ərəbistanı və Turkiyəyə səfərləri barədə məruzə edən zaman stenoqramı ona verib-vermədiyi hələ məlum deyil. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp jurnalist Camal Xaşuqcinin çox ehtimal ki, öldüyünü bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 529          Tarix: 19-10-2018, 12:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma