Xəbər lenti

“Azərbaycan Respublikasının Nazirlər Kabinetində gənc alimlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə onlara güzəştli kreditlərin verilməsi məsələsinə baxılır”.

AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə məlumat verib.

A.Əlizadə bildirib ki, 2019-cu ilin yanvar-mart aylarından başlayaraq gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. AMEA-nın prezidenti qeyd edib ki, dövlət başçısının göstərişi ilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Artıq Masazır gölü ətrafında sərfəli qiymətlərlə gənc alimlər üçün binanın tikintisi aparılır. Bundan başqa iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlərimiz artıq 1000-1500 manat civarında əmək haqqı alırlar.

A.Əlizadə yaxın illərdə artıq Yüksək Texnologiyalar Parkının AMEA-nın büdcəsinə əlavə gəlirlər gətirəcəyini vurğulayıb və qeyd edib ki, bu gəlirlərdən gənc alimlərin elmə həvəsini stimullaşdırmaq üçün istifadə olunacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 7-12-2018, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma