Xəbər lenti

  

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN-dən Ovqat.com-a verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 9-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.

 

Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun  idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülmüşdür.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq  laboratoriyasına təhvil verilib.

Araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 505          Tarix: 10-08-2019, 01:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma