Xəbər lenti

 

Rusiyanın Beynəlxalq Kosmik Stansiyasındakı (BKS)  insanabənzər robot “FEDOR”-un insanla qarşıdurması  başlanıb. 
Modeartor.az xəbər verir ki, “Interfaks”ın məlumatına görə, “FEDOR”  “Tvitter”də robotun enerji təminatını çətinliklə işə salan kosmonavt Aleksey Ovçinindən şikayət yazıb:  
“Bu gün komonavt Aleksey İvanoviç Ovçinin mənim əməliyyat sistemimi işə salmaq üçün çəkic  və qayka açarından istifadəni təklif etdi. Aleksey İvanoviçlə gələcək ünsiyyətdə problemlərdən yayınmaq üçün avtomatik buraxılışı işə salmaq məcbur olduq”. 
Məsələ burasındadır ki, kosmonavta BKS mütəxəssisləri androiddəki batareyaları əvəz etməyi təklif ediblər. Lakin  Ovçinin “FEDOR”-u yalnız 10-15 cəhddən sonra işə salmağı bacarıb. O, bunun üçün qayka açarı işlədib  və hətta robotun çiynindəki işə salma düyməsini çəkiclə vurmaq istəyib. Bu da  “FEDOR”-un şikayətinə səbəb olub. 
Ancaq az sonra robot BKS-də məşqlərə başladığını və kosmonavt Ovçininə müəyyən texniki işlərdə köməklik göstərdiyini bildirib. 
“Hazırda biz Aleksey İvanoviçlə dinc şəraitdə söhbət edirik”-deyə  “FEDOR” sonda yazıb.



Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 31-08-2019, 14:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma