Bakıda siyasi hadisə: iqtidar, media və müxalifət bir arada
Bu gün Park İnn otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə dəyirmi masanın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyəti təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycan müstəqulliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi mövzusunda çıxış edəcəklər.
Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan deputat F.Ağamalı bildirdi ki, bu və digər səbəb və vasitələrlə Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, mühacir müxalifət adlandıran, səbatsız, iradəsi zəif insanlar Azırbaycana qarşı mübarizə aparırlar. Onun sözlərinə görə, söyüş, əxlaqsız fikirlər, Azərbaycanın bütün rəsmi şəxslərinə, dövlət adamlarına, onun ailəsinə, özlərinə qarşı dayanan kim varsa, onlara ünvanlanıb: “Bu şəxslər ümidsizlik mühiti yaradırlar. İttifaqı zəiflətmək üçün də dövləin üzərinə gəlirlər. Xüsusi olaraq bunarın içərisində xalqa qorxu hissi yaratmağa çalışırlar. Ermənistandan Gəncəyə qədər tunel açdığını deyirlər, ağızları köpüklənə-kpüklənə Azərbaycandakı müxalifəti aşağılayaraq, özlərini həqiqi müxalifət elan edirlər, Ermənistanı dövlət maraqlarına xidmət etməkdədilər. Sizin hər briiniz zaman-zaman Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutmusuz. Niyyətimiz budur ki, dövlət öz işini görür və görməkdədir. Bu, onun məsuliyyətidir. Bu məsuliyyət hissindən çıxış edərək, öz iradəmizi ortalığa qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq”.
YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov isə çıxışında bildirdi ki, ayrı-ayrı ölkələrin təcrübəsində bu və ya digər ölkələrin daxili işlərinə qarışmaq təcrübəsi olub. Onun sözlərinə görə, bu, siyasi proseslər və seçkilər formaları içərisində daha çox tətbiq olunan formalardan biridir: “Ölkə vətəndaşlarının, fiziki və hüquq şəxslərin maliyyəsi əsasında maliyyələşə bilər. Ölkədə cərəyan edən bütün siyasət ancaq ölkə vətəndaşlarının iradəsi ilə reallaşdırıla bilər. Bütün ölkələrdə bu normalar mövcuddur. Azərbaycanda son müddət ərzində xaricdə fəaliyyət göstrərək, mühacir qismində fəaliyyət göstərən insanlar geniş istiqamətdə fəaliyyət göstərən hallar və şəxslər peyda olub. Youtube kanallarının maliyyə qazanması imkanları onların izləyiciləri bir neçə milyon olandan sonra mümkün olur. Bir neçə on min izləyici hesabına maliyyə imkanları əldə edilməsi nağıllardır. Bu, əldə etdikləri vəsaitlərin mənbəyini gizlətmək üçün vasitələrdir”.
Tədbir çıxışlarla davam edir.
Paylaş: