Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Azərbaycanda koronavirus müəmması: yoluxma artır, karantin yumşaldılır...
Azərbaycanda koronavirusa yoluxma halları hər gün bir qədər artır. Mayın 27-də açıqlanan rəqəmlərə görə, Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb."Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 4 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.
Bütün bunların fonunda isə karantin rejimi sərtləşdirilmir və rəsmi açıqlamalara görə, bu barədə düşünülmür. Maraqlı hal budur ki, ölkədə yoluxmanın az olduğu ərəfədə karantin rejimi sərtləşdirildiyi halda, yoluxmanın artdığı ərəfədə qaydalar yumşaldılıb. Hətta mayın 31-ə qədər yeni qərar olmasa, iyunun 1-dən etibarən ölkədə karantin rejimi ləğv edilə bilər.
Həkimlər hesab edirlər ki, yoluxmanın bu cür artmasına səbəb insanların laqeyd yanaşmasıdır.
Küçədə, ictimai yerlərdə, marketlərdə, avtobuslarda insanlar maskadan istifadə etmirlər.
Azərbaycanda bu gün yalnız metroda maska taxanları görmək mümkündür.
Çünki metroda maska taxmaq məcburidir. Maskasız kimsəni içəri buraxmırlar.
Polisi görəndə maska taxanlar, polis gedəndən sonra yenidən maskalarını çənələrindən asırlar.
Tibb işçiləri bildirirlər ki, bunun özü təhlükəli haldır.
Çünki əgər maskada virus varsa, həmi virus ağız yolu ilə insana yoluxur.
Yoluxduğunu bilməyən koronavirus daşıyıcıları isə qarşısına çıxan üçün təhlükə yaradaraq, həndəsi silsilə üzrə yoluxmanın artımına səbəb olurlar.
Onların çoxu özləri də koronavirusa yoluxduqlarını bilmirlər.
Bu barədə Musavat.com-a danışan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm bildirib ki, hazırda müalicə alan xəstələrin çoxu yoluxduqlarını hiss etməyənlərdir:
"Çox təəssüflə qeyd edim ki, Azərbaycanda koronavirusla bağlı insanların yanaşması düzəlmədi.
Əksinə, bu gün avtobuslarda maska taxanlara gülürlər.
Mən şəxsən şahidi olmuşam ki, camaat maska taxan adama qəribə baxır.
Hesab edirlər ki, virus yoxdur, hər şey yalandır.
Halbuki xəstələrin müalicəsində iştirak edən həkim kimi mən virusa yoluxan insanların hansı vəziyyətdə olduqlarını görmüşəm.
Hazırda yoluxmanın bu qədər yüksək olmasının səbəbi əhalinin karantin qaydalarına əməl etməmələri ilə bağlıdır. Gözlənilən idi ki, əgər insanlar qaydalara əməl etməsələr, bu cür yoluxma olacaq.
Hətta mən deyərdim ki, yaxın günlərdə Azərbaycanda yoluxanların sayı 200 nəfərdən də çox olacaq.
Bununla belə düşünürəm ki, avqust ayından etibarən yoluxma sayında azalmalar baş verəcək.
Lakin bu, Covid-19 -un yox olacağı anlamına gəlmir. Bu virus artıq bizim viruslar ailəsinə daxildir və milyonlarla virusla yanaşı bizimlə olacaq.
Sadəcə olaraq fərq budur ki, koronavirus daha kütləvi şəkildə yayılır və insandan-insana sürətlə keçir, yayılır və öldürmə qabiliyyəti də yüksəkdir".
Həkim bildirib ki, əvvəlki aylarla müqayisədə Azərbaycanda tibbi avadanlıqlar, şərait qənaətbəxşdir:
"Hazırda xəstələri saxlamaq üçün xəstəxanalar qurulub, maska, spirt tapmaq problem deyil.
Bundan əlavə müasir tibbi avadanlıqlarımız da var. O baxımdan ölkənin problemi yoxdur. Karantin rejiminin yumşaldılması bu qədər yoluxmaya səbəb oldu.
Çünki insanlar heç bir qaydaya əməl etmirlər.
Hazırda müalicə alan xəstələrin 90 faizinin vəziyyəti normaldır.
Elə adam var ki, yoluxub, hiss etmir və həkimlərlə dava edirlər ki, bizi burada niyə saxlamısız.
Onlara başa salınır ki, özünüz hiss etməsəniz də, başqalarını yoluxdura bilərsiniz".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar