Xəbər lenti


Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib.
 
"ASAN xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Niftəliyev Modern.az-a bildirib ki, qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib:
 
"Məhdudiyyətlərin ilk günündə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 47427 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 690330 aktiv icazə qüvvədədir".
 
Onun sözlərinə görə, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 511419 SMS göndərilib:
 
"Bunlardan da 149177-si, yəni 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99.4 faizi 1 dəqiqə ərzində cavablandırılıb".



Ana səhifəyə qayıt        Baxış: 2 573          Tarix: 22-06-2020, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma