Xəbər lenti

 

Melanie Gaydos. Dünyanın tanınmış modellərindən biri. 28 yaşı var.

Ektodermal displaziya adlı nadir genetik xəstəliklə doğulub. Bu xəstəlikdən dolayı Melanienin nə dişləri var, nə də saçları. Uşaq vaxtı rəqslə və aktyorluqla məşğul olub. Ancaq model kimi fəaliyyət göstərəcəyi heç ağlına da gəlməyib.

Melanie deyir ki, modelliyə başladıqdan 6 ay sonra insanlar artıq ona hörmət edib. O, moda sənayesində də məhz xarici görünüşü ilə daha çox tanınır. Ona dəfələrlə diş düzəltdirmək və parik taxmaq təklif olunsa da, buna razı olmayıb. Dəb aləmi Melanieni elə bu cür qəbul edib.

Melanienin instagramda 122 min izləyicisi var və paylaşdığı hər foto heyranlıqla qarşılanır. Ailem.az Melanie Gaydosun fotolarını təqdim edir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 062          Tarix: 21-06-2017, 01:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma