Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Sosial şəbəkələrin erməni seqmentində və bəzi erməni KİV-lərində Azərbaycan əsgərlərinin Yerevandakı supermarketlərdən birində göründüyü, alış-veriş etdiyi barədə xəbərlər yayılıb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu xəbərlər ciddi təşviş yaradıb.
Sosial şəbəkələrdə və KİV-lərdə yayılmış fotoya əsasən Azərbaycan ordusunun hərbi geyiminə oxşar geyimdə olan hərbçilər Yerevanın Komitas küçəsindəki “Yerevan City” supermarketində Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarının müşaiyəti ilə alış-veriş edir.
Lakin Ermənistan Müdafiə Nazirliyinin informasiya mərkəzi bu fotoya izahat verərək bildirib ki, təşvişə əsas yoxdur, çünki fotoda yer alanlar Azərbaycan hərbçiləri deyil, İran ordusunun hərbçiləridir. Belə ki, İran Müdafiə Nazirliyinin nümayəndə heyəti Yerevanda işgüzar səfərdə olub və onları Ermənistan hərbi polisinin əməkdaşları müşaiyət edib.
Xatırladaq ki, bundan əvvəl də erməni cəmiyyətində Azərbaycan hərbçilərinin Xankəndində alış-veriş etdiyi, yaxud Gorusda restoranlardan birində göründüyü haqda xəbərlər təşvişə səbəb olmuşdu. Qarabağdakı 44 günlük müharibəni və onun nəticələrini nəzərə alanda ermənilərin Azərbaycan hərbçiləri haqda belə xəbərlərdən təşvişə düşməsini anlamaq olar…

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar