Xəbər lenti

 

Bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

Ağır cinayət paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində bir bağ evində baş verib.

İkimərtəbəli bağ evinin yandığını görən qonşular dərhal müdaxilə etmək istəyiblər. Ancaq yanğının miqyası böyük olduğu üçün onlar yanğınsödürənlərə xəbər veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə huşsuz vəziyyətdə yaralı olan İqor Vasini aşkar ediblər. O, dərhal qonşuların köməyi ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı Xəzər rayon polis idarəsi və ərazi üzrə 1-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Həmin vaxt onlar quldurluq yolu ilə əldə etdikləri təmir-tikinti alətləri də aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatları araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 28-06-2017, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma