Xəbər lenti

 

Müctəhidlərin əksəriyyəti telefon vasitəsilə kəbin kəsdirməyi icazəli bilirlər.

Ovqat.com islam.az-a istinadən bildirir ki, lakin bu zaman əqdin (kəbinin) şərtləri mütləq qorunmalıdır. Məsələn, əsas şərtlər sırasında bunları qeyd etmək olar: tərəflər gərək kəbinə razı olsunlar, tərəflərdən hər hansı biri kəbində iştirak etmirsə onun vəlisi (nümayəndəsi) onun adından razılıq bildirsin, mehriyyənin miqdarı gərək müəyyən edilsin, ərə gedən qız bakirədirsə gərək atası icazə versin. Əgər bu və digər şərtlər səsli telefon əlaqəsi zamanı dəqiq surətdə qorunarsa, o halda kəsilən kəbini düzgün saymaq olar. Müasir mərceyi-təqlidlərdən Ayətullah Məkarim Şirazi isə kəbinin hüzuri olaraq kəsilməsini, yəni kəbin kəsdirən tərəflərin (və ya nümayəndələrin) və kəbin kəsən şəxsin bir məkanda toplaşması şərtilə iştirak etməsini lazım bilir.




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 13-07-2017, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma