Xəbər lenti

 

Soğan

Soğanı soyuducuya qoyanların sayı az olsa da, var. Unutmayaq ki, rütubət soğanın birinci və ən böyük düşmənidir. Soğanı qaranıqda saxlasanız, öz ləzzətini və tərkibini daha gec itirər. Çünki işiq onun dadına mənfi təsir edir. Hətta soyuducudan kənarda kartofla soğanı birgə saxlamayın. Kartof öz ətrafında rütubət yaradır ki, bu da soğanın daha tez yumşalmasına səbəb olur.

Sarımsaq

Soyuqdan ən çox qorxan tərəvəz sarımsaqdır. Onu quru və tez-tez havalandırılan yerdə saxlamaq gərəkdir.

Pomidor

Bu tərəvəz istisevəndir. 0- a yaxın temperaturda onlar öz ətirini itirir. Nişastalı tərkib alıb, kəsilmiş kartofu xatırladır. Onu otaq temperaturundan biraz aşağı dərəcədə saxlamaq lazımdır. Bu otağın hava axını daha çox gələn nöqtəsi ola bilər.

Badımcan

Badımcan və pomidorun tərkibi bənzər olduğundan o da soyuducunu sevmir. Badımcan soyuducuda daha tez yumşalır və üzərində qara ləkələr yaranır.

Ekzotik meyvələr

Tropik meyvələri otaq temperaturunda, kağıza bükülmüş şəkildə saxlamaq daha məqsədəuyğundur. Soyuq temperaturda onlar digər ərzaqlar üçün zərərli olan qaz ifraz etməyə başlayırlar.

Banan

Bu meyvənin qabığı soyuducuda daha tez qaralır. Dadında isə dəyişiklik baş vermir.

Alma və armud

Bu meyvələr açıq və biraz da sərin məkanı sevirlər. Almaları payız fəsilində eyvanda qutulara qoyub saxlaya bilərsiniz ki, ətrafında hava dövr etsin. Soyuqlar başlayan kimi, qutuları evə daşıyın.

Zeytun yağı

Bu yağ soyuducuda daha tez durulaşır və dibində ağ çöküntü yaranır. Bu səbəbdən də, yağın faydalı xüsusiyyətləri azalır. O dur ki, ona da məxbətin bir rəfində yer ayırın.

Bal

Bal soyuq temperaturda öz müalicəvi xassələrini, həmçinin əsil dadını itirir. Balı otaq temperaturunda saxlamaq lazımdır.

Şokolad

Yəqin ki, şokoladı soyuducuya qoyandan sonra rənginin solduğunun şahidi olmusunuz. Əslində, bu hal o qədər də qorxulu deyil, lakin kiflənməyə səbəb ola bilər. Həmçinin məhsulun düzgün saxlanmadığından xəbər verir.




Ana səhifəyə qayıt        Baxış: 886          Tarix: 20-07-2017, 13:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma