Bəzi kişilər doğuş sancısının fərqində olsalar da, əksəriyyəti bu ağrını elə də ciddiyə almır. Bəs kişilər doğuş sancısı çəksəydi, onlar buna necə reaksiya verərdilər?
Ovqat.com xəbər verir ki, Ailem.az xarici mediaya istinadən verdiyi məlumata görə, iki kişi bu ağrıları şəxsən hiss etmək üçün təcrübə keçiriblər. Belə ki, onlar gerçək doğuş sancısı çəkmək qərarına gəliblər.
Həyat yoldaşları ilə birgə doğuş otağına götürülən iki dosta iynə vurularaq, süni sancı verilib. Onların hər ikisi bir müddət sonra bu ağrılara dayana bilməyəcək hala gəliblər. Lakin onlara verilən ağrı doğuş yox, sadəcə erkən doğuş sancısı idi...
Növbə həqiqi doğuş sancısına gəldikdə isə ağrı elə bir pis hal alıb ki, kişilərdən biri az qalıb qaytarsın.
Belə bir təcrübəni sınamaq üçün məxsusi olaraq analar gününü seçən kişilərdən biri isə "doğuşdan sonra" anasına mesaj göndərib. Mesajda “Bu, çox pis bir sınaq idi. Ana, məni dünyaya gətirərkən bu gün hiss etdiyim ağrının cüzi hissəsini belə hiss etmisənsə, səndən çox üzr istəyirəm. Sən bir super qəhrəmansan!”, - deyə bildirib.
Paylaş: