Hollandiyalı pilot Xristian van Haydcst Honkonq-Bakı aviareysi zamanı Çin tərəfindən buraxılan ballistik raketi lentə alıb.
Ovqat.com oxu.az-a istinadən bildirir ki, görüntülər bazar günü, iyulun 23-də, Boeing 747-8 laynerinin göyərtəsindən Himalay dağları üzərindən uçarkən çəkilib.
"Biz üfüqdə ölçüsü dayanmadan böyüyən ləkə gördür. Əvvəlcə o hava şarına bənzəyirdi, lakin yaxınlaşdıqca mən raketin kontrastını tanıdım. Mən əvvəllər bunu dəfələrlə foto və videolarda görmüşdüm.
Biz bilirdik ki, Çin hava məkanının bir hissəsi bağlıdır, lakin bu barədə rəsmi xəbərdarlıq olunmayıb. Bu səbəbdən baş verənlər bizim üçün gözlənilməz oldu", - pilot deyib.
Van Haydcstın sözlərinə görə, raket onların üzərindən yüksək hündürlükdə keçib.
"Bildiyimə görə, biz həmin ərazidən uçan yeganə təyyarə idik", - o qeyd edib.
Paylaş: