Xəbər lenti

  

Moskva meri Sergey Sobyanin Moskva Dövlət Zooparkında nikah mərasimləri təşkil etməyə icazə verən sərəncam imzalayıb.

Ovqat.com virtualaz.org-a istinadən bildirir ki, bundan sonra İlya Qlazunov adına rəsm qalereyasında da evlənmək mümkün olacaq.

Evlənməyə hazırlaşanların üzünə açıq elan edilmiş yeni məkanların siyahısına həmçinin Kuskovo malikanəsi, çini qablar muzeyi, Moskva Muzeyi, Puşkin adına muzey, Ostankino muzey-malikanəsi, Mərkəzi Böyük Vətən Müharibəsi Muzeyi və s. daxildir.




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 28-07-2017, 00:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma