Xəbər lenti

 

Bakı şəhər sakininə Portuqaliyadan göndərilən pulu bankdan naməlum şəxs aparıb.

"Ovqat.com"un “Report”a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Portuqaliyada yaşayan Qızxanım İbrahimova oğlu, Bakı sakini Emil İbrahimova 10 min ABŞ dolları məbləğində pul göndərib. Lakin həmin pulu “Bank of Baku”nun Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 C ünvanındakı ofisindən naməlum şəxs çıxarıb. Bundan xəbər tutan E.İbrahimov polisə müraciət edib.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 28-07-2017, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma