Xəbər lenti

 

Mingəçevirdə ömrünü başa vurmuş ağaclara yenidən can verilir. Həmin ağacların kötüklərindən dibçəklər və skamyalar hazırlanaraq şəhər ərazisindəki istirahət güşələrinə yerləşdirilib. Fərqli görünüşə malik əl işləri həm şəhər sakinlərinin, həm də turistlərin marağına səbəb olur.

İri dibçəklər, bəzək əşyaları və fərqli görünüşlü skamyalar...

Bütün bunlar vegetasiya dövrünü başa vurmuş ağacların kötüklərindən hazırlanıb. Görüntülər Mingəçevirdəndir. Bu şəhərdə illər öncə əkilən və ömrünü başa vurmuş ağaclara yenidən can verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alındıqdan sonra ağacların içərisi oyulur və bu cür əşyalar hazırlanır. Şəhər ərazisində Yaşıllaşdırma və Sanitar-təmizlik idarəsinin əməkdaşları tərəfindən hazırlanan 25-ə yaxın belə skamya, dibçək və bəzək əşyaları quraşdırılıb.

Əl işləri şəhər sakinlərinin marağına səbəb olub. Ağaclardan hazırlanan bu dibçək və skamyalar turistlərin də diqətini çəkir.

15 əl işi isə son hazırlıq mərhələsindədir və yaxın günlərdə onlar da şəhər ərazisindəki istirahət güşələrində yerləşdiriləcək./Xezerxeber.az/




Ana səhifəyə qayıt        Baxış: 852          Tarix: 7-08-2017, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma