Xəbər lenti

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci kilometr ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan “Bizimsüd” adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan “İvanovka” adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyini aşkarlayıb.

Ovqat.com xəbər verir ki, sözügedən əmtəə nişanlı məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş vaxtdan artıq göstərilməsi aşkarlanıb. Bəlli olub ki, bu məhsulların saxlama müddəti ötüb və beləliklə də, insanların həyat və sağlamlığı üçün təhlükəli mallar istifadəyə yararlı məhsul kimi bazara çıxarılıb.

Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş verilib.




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 9-08-2017, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma