Türkiyənin Isparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, hadisə ilə bağlı Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb.
Nazirliyin açıqlamasına görə, hadisə nəticəsində 5 əsgər şəhid olub.
"Ispartada təlim uçuşu həyata keçirən "UH-1" tipli helikopterlərimizdən biri qəzaya uğrayıb və 5 personalımız şəhid olub, biri isə ağır yaralanıb. Yaralı personalımız dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə başsağlığı verir, yaralanan personalımıza da tezliklə şəfa diləyirik", - deyə açıqlamada bildirilib.
Isparta valisi Abdullah Erinin məlumatına görə, təlim uçuşu zamanı qəzaya uğrayan helikopterdə ölənlərdən biri aviasiya məktəbinin komandiri - general-mayor olub.
"Ordu Aviasiya Məktəbimizim komandiri paşamız da şəhid oldu", - deyə o bildirib.
Paylaş: