Avropa Birliyi və Yeddilik Qrupu (G7) ölkələri Rusiya neftinə qiymət tavanını onun daşınmasına Qərb şirkətlərinin dəniz nəqliyyatı xidmətlərinə tam qadağa ilə əvəz etməyi düşünürlər.
Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb. Agentliyin məlumatına görə, belə bir qadağa 2026-cı ilin əvvəlində qəbul edilməsi planlaşdırılan növbəti Aİ sanksiya paketinin və müvafiq G7 tədbirlərinin bir hissəsi kimi elan edilə bilər.
Agentliyin mənbələri bildirib ki, ABŞ və Böyük Britaniya nümayəndələri bu ideyanı G7 texniki görüşlərində fəal şəkildə təbliğ edirlər. Lakin dörd mənbə Reuters agentliyinə bildirib ki, ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı son mövqeyi onun Ukraynadakı münaqişəyə son qoymaq üçün sülhməramlı səylərinin uğurundan asılı olacaq.
Paylaş:




























