Xəbər lenti

Kənardan baxdıqda armuda və qumbaraya bənzəyir, əslində isə yumurtadır...

Ovqat.com-un məlumatına görə, qeyri-adi hadisə Goranboyda olub. Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuq fərqli görünüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir təsərüffatında belə hadisə baş verdiyini deyir. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatırladan yumurtanın sarısı yoxdur. Təsərrüfat sahibi canlının hər hansı xəstəliyi olmadığını, ildə 30-dan artıq bala verdiyini deyir. Bu qeyri-adiliyin səbəbini isə heç özü də bilmir.

O qədər də böyük ölçülü olmayan saplaqlı yumurta qonşuların diqqətini də çəkib. Bəziləri gülərək toyuğun belə yumurta verməsinə inanmasa da, digərləri onun foto və videosunu çəkərək paylaşmaq qərarına gəlib.

Mütəxəsisslər isə bildirirlər ki, toyuğun qeyri-adi formalı yumurta verməsi onun orqanizimindəki çatışmazlıqla bağlıdır./Xezerxeber.az/

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 22-08-2017, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma