Sabahdan başlayaraq yer kürəsində geomaqnit qasırğası yaşanacaq. Bu təbiət hadisəsi sentyabrın 2-ə qədər davam edəcək.
Ovqat.com bildirir ki, Milli Elmlər Akademiyasinin Şamaxi Astrofizika Rəsədxanasinin elmi işlər üzrə direktor müavini Elçin Babayev deyir ki, hazırda Günəşin səthində 22 günəş ləkəsi müşahidə olunur. Amma geomaqnit qasırğasının səbəbi həmin ləkələr deyil.
Günəş küləyinin səbəb olduğu geomaqnit qasırğasının risk qrupuna daxil olan - xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahillar, usaqlara müəyyən təsirləri olacaq.
Bu zaman həmin insanların hansı qabaqlayıcı tədbirlər görməsi məsələsi gündəmə gəlir. Mütəxəssislər bildirirlər ki, həmin gün aktiv hərəkətlər etməklə maqnit qasırğasının fəsadlarından qurtulmaq olar.
Sağlam insanlara isə geomaqnit qasırğasının heç bir fəsadı olmayacaq. /xezerxeber.az
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: