Xəbər lenti

 

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Ovqat.com-a verdiyi məlumata görə, bu gündən Novruzov Namiq Samur oğlu sözügedən vəzifəni icra edəcək.

Namiq Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Timwater high school” da davam etdirib.

1995-96-cı illərdə ABŞ-ın “Centralia Community Colleg” nin siyasi elmlər fakultəsində təhsil alıb.

N.Novruzov 1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil alıb, 1999-cu ildə İngiltərənin Loverpool John Murs universitetinə qəbul olunub, daha sonra isə təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində davam etdirib.

O, 2003-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

2007-2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakültəsində təhsil alıb.

2000-ci ildə “BM” hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlayıb və 2006-cı ildə həmin şirkətdə vitse-prezident vəzifəsinə qədər yüksəlib.

2007-2010-cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

N.Novruzov 2017-ci ilin oktyabr ayında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub




Ana səhifəyə qayıt        Baxış: 1 732          Tarix: 16-10-2017, 21:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma