Portuqaliyada keçirilən IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançıların Dünya Oyunlarında taekvando üzrə ilk yarış günü başa çatıb. Azərbaycanın milli yığma komandası yarışın birinci günü uğurlu çıxış edib.
Kişi taekvandoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
Millinin kapitanı Nicat Müslümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kiloqram çəki dərəcəsində (K42) qızıl medal, 43 kateqoriyalı idmançıların yarışında gümüş medal əldə edib. Eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev və 75-dən yuxarı çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüblər.
Dekabrın 6-da başa çatacaq oyunlarda ölkəmizı para-taekvando milli yığma komandanın 12 üzvü təmsil edir.//AZƏRTAC
Paylaş: