Xəbər lenti

Mayın 30-da Moskvada kikboksinq üzrə “JARA Fight Show” turniri keçirilib.

“Report” ixəbər verir ki, Azərbaycan idmançısı Zabit Səmədov turnirdə fransalı Freddi Kemayoya qalib gələrək “King of Kings” versiyası üzrə Avropa çempionu adını qazanıb.

Səmədov 5 dəqiqə davam edən döyüş ərzində aşkar üstün tərəf olub. Üç hakim birmənalı olaraq ona 50:46 hesablı qələbə verib. Bu onun sayca 99-cu qələbəsi olub.

Döyüş Moskvanın “Vegas City Hall” kompleksində baş tutub.

 




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 31-05-2018, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma