Xəbər lenti
 
İslam Əməkdaşlıq Konfransına üzv olan ölkələr hər 4 il ildən bir İslam Həmrəyliyi Oyunlarını keçirir. Bu yarışlarda məqsəd idman vasitəsilə bütün müsəlman ölkələri arasında əlaqələri inkişaf etdirmək  və İslamı pozitiv şəkildə təqdim etməkdən ibarətdir. 2001-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin konfransında hər 4 ildən bir “İslam sülhdür” devizi altında yarışların keçirilməsi qərara alnımışdı.
 
1,5 milyard insanın yaşadığı 57 ölkəni birləşdirən İslam Həmrəyliyi Oyunları mayın 12-22-si Bakıda keçiriləcək. Bu sayca IV Oyunlar olacaq. Yarış proqramına 20 müxtəlif idman oyunu: suya tullanma, üzgüçülük, su polosu, basketbol, futbol, idman və bədii gimnastika, uşu, stolüstü tennis, handbol, yunan-roma güləşi və sərbəst güləş, stend atıcılığı, tennis, voleybol, boks, zorxana, karate, taekvando və ağır atletika daxildir. Yüngül atletika və cüdo yarışları paralimpiyaçılar arasında da baş tutacaq. Yarışlarda ümumilikdə, 5 min idmançı iştirak edəcək.
 
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Məkkə şəhərində  keçirilib. Həmin yarışlarda Albaniya, Toqo və Özbəkistan istisna olmaqla, 53 müsəlman ölkəsindən 6,5 min idmançı iştirak etmişdi.
 
Növbəti yarışlar 2009-cu ilin aprelində Tehranda keçirilməli olsa da, İran və ərəb ölkələri arasındakı fikir ayrılığı buna mane olub. Belə ki, idman yarışlarının loqotipinə Fars körfəzi sözünün yazılması ərəb ölkələrinin xoşuna gəlməyib. Onlar körfəzin adının Fars deyil, Ərəb körfəzi olmasında israr ediblər. Səudiyyə Ərəbistanı medalların və yarış loqotiplərinin üzərindən Fras körfəzi sözünü çıxarılaraq Ərəb körfəzi yaxud sadəcə Körfəz sözü ilə əvəzlənməsini tələb ediblər. Lakin yarışların hazırlıq mərhələsinə 10 milyon dollar vəsait xərcləmiş rəsmi Tehran bundan imtina edərək Oyunların keçirilməsini ümumiyyətlə, ləğv etmişdi.
 
Sayca III İslam Həmrəyliyi Oyunları 2013-cü il sentyabrın 22-dən 1 oktyabra qədər İndoneziyanın Sumatra adasındakı Palembanq şəhərində baş tutmuşdu. Həmin yarışlarda İndoneziya medal hesabında önə çıxaraq 29 qızıl medalla yarışların qalibi olmuşdu (Modern.az).



Ana səhifəyə qayıt        Baxış: 1 374          Tarix: 5-04-2017, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma