Xəbər lenti

Bu ilin yanvar-avqust aylarında ABŞ-la Azərbaycan arasındakı ticarət dövriyyəsi 416 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, iki ölkə arasında diplomatik əlaqələrin 25 illik tarixi var və bu müddətdə ABŞ-la Azərbaycan arasında investisiya əlaqələri də genişlənib: "Hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ şirkətlərinin Azərbaycana yatırdığı investisiyaların həcmi 12,17 mlrd. dollara çatıb. Bu investisiyaların müqabilində onlar 17 mlrd. dollar gəlir əldə ediblər. Deməli Azərbaycana investisiya yatırmaq səmərəlidir. Azərbaycanın iş adamları da ABŞ-a investisiya qoyurlar. Azərbaycan Dövlət Neft Fondunun bu ölkədəki investisiyaları xüsusi həcmə malikdir, 3 mlrd. dollara çatıb. Hesab edirəm ki, bu, iki ölkə arasında ticarət əlaqələrinin böyük imkanlara və gələcəyə malik olduğunu göstərir". 

Nazir müavini həmçinin Azərbaycanın iştirak etdiyi və həyata keçirdiyi beynəxalq enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm layihələri barədə ətraflı məlumat verib və amerikalı iş adamlarını Azərbaycanla biznes əlaqələrini daha da genişləndirməyə dəvət edib. 

Qeyd edək ki, biznes-forumda 150-dən çox sahibkar iştirak edib. 




Ana səhifəyə qayıt        Baxış: 988          Tarix: 16-10-2017, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma