Xəbər lenti

SSRİ-nin dağılmasından indiyədək Rusiya vətəndaşlarının xaricə ümumi kapital axını hesablanıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın İqtisadi Araşdırmalar üzrə Milli Bürosunun (National Bureau of Economic Research) məlumatına görə, Rusiya vətəndaşlarının xaricdə 1 trln. ABŞ dolları həcmində aktivləri var. Bu göstərici Rusiya ÜDM-nin 75%-nə yaxındır. Hazırkı iqtisadi vəziyyətdə Rusiya hökuməti bu vəsaitin və ya heç olmasa bir hissəsinin geri qaytarılması üçün hazırlıqlara başlayıb.

Rusiyanın maliyyə naziri Anton Siluanov ölkə Prezidentinin təşəbbüsünü nəzərə alaraq 2018-ci ildə vergi amnistiyası keçirməyi təklif edib. Nazir qeyd edib ki, bundan əvvəl keçirilən amnistiya zamanı güc strukturları tərəfindən heç bir araşdırma aparılmayıb. Siluanov xüsusi emissiya ediləcək istiqrazlarla hesablaşmalar zamanı heç bir xarici nəzarətin olmayacağını bildirib. Anonimlik tərəfdarları Rusiya banklarında hesab açacaq, banklar isə "Eureclear" tipli hesablaşma və uçot təşkilatlarından yan keçərək birbaşa Milli Hesablaşma Depozitarisi ilə əlaqə yaradacaqlar. Xatırladaq ki, bəzi Rusiya biznesmenlərinin son zamanlar xaricdəki hesablarının dondurulmasından sonra amnistiya təklifinə qoşulanların sayı arta bilər.




Ana səhifəyə qayıt        Baxış: 938          Tarix: 27-12-2017, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma