Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Strateq.az Komitəyə istinadən xəbər verir ki, “Hyundai Sonata” markalı avtomobilə edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 8 min 500 manat olan bu maşına ən son 18 min 200 manat təklif edilib.
Budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 8 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib:
“Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Astara rayonunda yerləşən qeyri-yaşayış binasıdır. Həmin əmlak xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 326 kv.m, torpaq sahəsi 700 kv.m olan obyekt geyim mallarının pərakəndə satışı üçün əlverişlidir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər”.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac aprelin 17-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.
Paylaş: