Xəbər lenti

“Bu ilin sonuna Azərbaycanda neft hasilatının hazırkı göstəricidən bir qədər artıq olacağı gözlənilir”.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Moskvada jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sentyabr ayında Azərbaycanda neft hasilatının həcmi avqust ayı ilə, təxminən, eyni səviyyədə qalaraq 773 min barel/gün təşkil edib.

Qeyd edək ki, Azərbaycanda avqust ayı ərzində gündəlik neft hasilatı 774 min barel olub. Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında isə 773 min barel təşkil edib.

 




Ana səhifəyə qayıt        Baxış: 501          Tarix: 3-10-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma