Xəbər lenti

Qarşıdakı 2 ildə ölkə iqtisadiyyatını nə gözləyir? - Proqnoz"Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Ovqat.com Azərtac-a istinadən xəbər verir ki, “S&P”nin mütəxəssisləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artımın bərpa olunacağını irəli sürüb.

Qeyd olunub ki, ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq: “Proqnozların bu səviyyədə olması “Şahdəniz-2” qaz yatağından nəqlin başlanmasına əsaslanır. Bununla yanaşı, qeyri-neft sektoruna investisiyaların yatırılması iqtisadiyyata inamın artması və inflyasiyanın səngiməsi istehsalın artmasına səbəb olacaq”.

“S&P”nin proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq. Azərbaycanda 2016-cı ildə 12,4 faiz olan orta illik inflyasiya bu il 9 faizədək geriləyəcək, 2018-2020-ci illərdə də inflyasiyanın səngiməsi tendensiyası davam edəcək. İllik inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-2020-ci illərdə isə 5 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Agentliyin hesabatında göstərilir ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq, belə ki, 2017-ci ildə ÜDM-in 12,3 faiz, 2018-ci ildə 12,7 faiz, 2019-cu ildə 14,3 faiz, 2020-ci ildə 14,8 faizə bərabər olacaq.

“S&P” hesab edir ki, bu il dövlət büdcəsinin icrasında yaranan kəsir ÜDM-in 3,2 faizini təşkil edəcək. Bununla belə, gələn il dövlət büdcəsinin profisiti ÜDM-in 1 faizinə bərabər olacaq. 2019-2020-ci illərdə isə dövlət büdcəsinin icrası zamanı yaranacaq profisit ÜDM-in 2,5 faizini təşkil edəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 060          Tarix: 24-08-2017, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma