Xəbər lenti

   

Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılmışdır.

Ovqat.com-un DİN Mətbuat Xidmətindən aldığı məlumata görə, məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilmişdir.

         Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.  

         Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilmişdir.

         Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qətlə yetirilən şəxsin qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulmuşdur.




Ana səhifəyə qayıt        Baxış: 768          Tarix: 8-03-2018, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma