Xəbər lenti

  

 

Bəxtiyar Vahabzadə

Gedən torpaqları qaytarmaq üçün,

Savaşa bilmədik, sülhlə öyündük.

Babamız qurd idi, ancaq biz bu gün,

Əllərdən ot yeyən quzuya döndük.

 

Neftin qoxusunu gendən alınca,

Təzə əcnəbilər vətənə doldu.

Vətən oğulları qazanc dalınca,

Özgə qapılarda didərgin oldu.

 

Yenə sərvətimiz paylandı yer-yer,

Bizim sayəmizdə yad

sayələndi.

Dolların gücünə təzə gəlmələr,

Gözəl mənzillərdə kirayələndi.

 

Bir zaman rusca idi bütün reklamlar,

İndi ingiliscə dürtülür gözə,

İtin də dilinə hörmətimiz var,

Təkcə öz dilimiz yaramır bizə...




Ana səhifəyə qayıt        Baxış: 6 697          Tarix: 17-03-2018, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma