Xəbər lenti

 

Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Teleqraf.com-un xəbərinə görə, akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

***

16:04

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilir.

Teleqraf.com xəbər verir ki, səsvermədə AMEA-nın akademikləri və müxbir üzvləri iştirak edirlər.

Yığıncaqda AMEA-nın yeni prezidenti seçiləcək.

Yığıncaqda akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.

Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib. Onun ərizəsi qəbul edilib.




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 23-10-2019, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma