Xəbər lenti

 

Bu il Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən kadr islahatları çərçivəsində bir neçə icra başçısı vəzifədən azad edilib.

Axar.az vəzifədən azad edilən icra başçılarının və onların yerinə təyin edilən şəxslərin siyahısını təqdim edir:

* 2019-cu il fevralın 5-də Elşən Salahov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* Aprelin 2-də Siyam Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* Aprelin 5-də Siyəzən rayonunun icra başçısı Asif Hüseynov vəzifədən azad edilib və Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. Novruz Novruzov isə Şabran rayon icra başçısı vəzifəsindən azad edilərək, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* Məhərrəm Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* Nizaməddin Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılaraq, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. Lakin N.Quliyev dekabrın 19-da vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həbs edilib.

* Mayın 17-də Siraqəddin Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* Nazim İsmayılov isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

* Sentyabrın 30-da Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə Vahid Tağıyev təyin edilib.

* Oktyabrın 31-də Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və onun yerinə Elnur Rzayev gətirilib. Elə həmin gün Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun yerinə Anar Tağıyev təyin edilib.

* Noyabrın 12-də isə Rafiq Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* İlqar Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilirək, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

* Şirvan İH-nin başçısı Mərdan Camalov isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin yerinə təyin edilib.

* Əziz Əzizov Bakı şəhəri Yasamal rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov vəzifədən azad edilib və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

* Şahin Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

* Əhməd Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, yerinə Milli Məclisin deputatı Rüstəm Xəlilov gətirilib.

* Bu ilin fevralında qəfildən dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun yerinə isə Vüqar Novruzov təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 858          Tarix: 26-12-2019, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma