Xəbər lenti

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadəyə Tehran yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli cənab Səfir,

“Tehran şəhərinin yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Qəzada həyatını itirmiş şəxslərin doğmalarına, Sizə və İran vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Partiya sədri eyni hadisə ilə bağlı Ukrayna səfirinə də başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Səfir,

“Tehran şəhərinin yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Qəzada həyatını itirmiş şəxslərin doğmalarına, Sizə və Ukrayna vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.




Ana səhifəyə qayıt        Baxış: 626          Tarix: 8-01-2020, 15:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma