Xəbər lenti

 
 
ABŞ Rusiyanı kosmosda peyk əleyhinə silah sınağı keçirməkdə günahlandırıb.
 
Ovqat.com xəbər verir ki, Vaşinqton bu silahın ABŞ və müttəfiqlərinin peyklərinə qarşı istifadə olunacağından narahatdır.
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 15-də öz peykinin yaxınlığında kiçik bir kosmik gəminin aşkarlandığını bildirmişdi. ABŞ isə üzərindən bir həftə keçdikdən sonra Rusiyanın iddialarına cavab verərək bildirmişdi ki, həmin kosmik aparatının  fərqli bir vəzifəsi var və o, rus peykini “güdmür”.
 
İndi isə ABŞ Kosmik Qüvvələr Komandanlığı Rusiyanın məhz həmin orbit cizgisində peykə qarşı silah sınaqdan çıxardığını iddia edir. Kosmik Qüvvələr komandanı general John W. Raymond bu gün mövzuyla əlaqədar açıqlama verərək bildirib: "Rusiyanın silah sisteminin hərəkət etdiyi orbital cizgi, bu ilin əvvəlində Rusiya kosmik aparatının ABŞ peyki yaxınlığında manevr etdiyi orbitlə eyni yerdədir". 
 
Generalın fikrincə, Rusiyanın kosmosda ABŞ və müttəfiqlərinin peyklərini zərərsizləşdirə biləcək silah yerləşdirməsi onun yeni hərbi doktrinasına uyğundur.
 
Raymond həmçinin qeyd edib ki, "ABŞ, öz müttəfiqləri ilə birlikdə ortaq maraqlara yönəlmiş təhdidin qarşısını almağa, kosmosda düşmənçilik hərəkətlərindən çəkindirməyə, təcavüzə mane olmağa hazırdır və bu məsələdə qətiyyətlidir".
 
ABŞ dövlət katibinin müavini Dr. Kristoper Ford da mövzuyla əlaqədar mövqeyini açıqlayıb: "Bu sınaq Rusiyanın ikiüzlü və kosmosu silahlandırmaq tərəfdarı olduğunu göstərir. Rusiya nümayiş etdirmək istəyir ki, ABŞ-ın həm yerüstü, həm də peyk əleyhinə imkanları ilə hesablaşmamır və onun kosmosda peyk əleyhinə silahları var. Moskva bununla ABŞ-ın imkanlarını məhdudlaşdırmağı hədəfləyir”.


Ana səhifəyə qayıt        Baxış: 3 257          Tarix: 7-08-2020, 21:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma