Xəbər lenti

 
Paşinyanın son çarə kimi Moskvanın ayağına düşüb yalvarışları işə yaramadığından İrəvan köhnə kadrları dövriyyəyə salmağa çalışır. Məlumata görə, Ermənistanın birinci və ikinci prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan Rusiyanın siyasi elitası ilə Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvaya getməyə hazırlaşırlar.
 
Ovqat.com erməni mediasına istinadən xəbər verir ki, Baş nazirin mətbuat katibi Cane Gevorkyan KİV-in sorğularına cavab olaraq bu barədə məlumat verib.
 
"DQR-in sabiq prezidentləri təklif ediblər ki, mümkün səfərin nəticələri Ermənistanın və DQR-in keçmiş və indiki rəhbərlərinin görüşü zamanı müzakirə olunsun. Baş nazir Paşinyan Ermənistanın və Arsaxın rifahı naminə atılacaq istənilən mümkün addımlara mane ola bilməyəcəyini vurğulayaraq, bu təkliflə razılaşdı. Məlumatlarımıza görə, eks-prezidentlər hələ Ermənistandadırlar. Bütün hallarda baş nazir və hökumət yaranmış vəziyyətin nizamlanması ilə bağlı təkliflər üçün açıqdır və heç vaxt bu cür təşəbbüslərin müzakirəsindən imtina etməyib", - deyə baş nazirin mətbuat katibi qeyd edib.
 
Rəsmi İrəvan etiraf etməsə də “köhnə kadrlar”ın bu işə girişməsi Baş nazirin kreslosunu laxladır və sözügedən təşəbbüs Paşinyan hakimiyyəti üçün heç də yaxşı perspektiv vəd etmir.
 


Ana səhifəyə qayıt        Baxış: 2 654          Tarix: 31-10-2020, 08:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma