Xəbər lenti

 .

Bəzi ekspertlər və dünya dövlətlərinin rəsmiləri İŞİD-in ABŞ tərəfindən himayə olunduğunu irəli sürürdülər. Onların fikrincə, Şimali İraq və Suriyada müxtəlif bölgələrini İŞİD vasitəsilə yerli sakinlərdən təmizləyən Vaşinqton daha sonra həmin yerləri PKK/PYD və ya Bərzani qüvvələrinə təslim edirdi. Kürd separatçılarının İŞİD üzərində rahat “qələbə çalması” da bu arqumentlə izah olunurdu. İddia edilirdi ki, ABŞ-ın himayəsi altında olan iki terror təşkilatı əslində savaşmır, sadəcə eyni planın müxtəlif missiyalarını yerinə yetirirlər. Məqsəd isə Yaxın Şərq coğrafiyasında “Böyük Kürdüstan” yaratmaqdır.

Vaşinqton bu ittihamları yaxın buraxmasa da, İngiltərənin BBC kanalının Raqqada çəkib yayımladığı video-görüntü əsl həqiqəti bütün çılpaqlığıyla gözlər önünə sərir. Video – çəkilişdə açıq görünür ki, Raqqa uğrunda İŞİD-lə vuruşan kürd separatçıları “xilafətçilərin” ailə və uşaqlarıyla yük maşınına minib şəhəri tərk etməsinə göz yumurlar.

BBS jurnalistinin verdiyi məlumata görə, 4 minə yaxın xilafətçi bu yolla Raqqadan çıxıb vilayətin şimalına köçür. Maraqlıdır ki, onlar yük maşınlarına öz silahlarını və cəbbəxanalarını da yükləyiblər.

Yük maşını sürücülərinin jurnalistə dediyinə görə, onları PKK/PYD təşkilatı mülki vətəndaşların köçürülməsi adıyla kirayələyib. Maşınlar yüklənəndə isə daşıdıqlarının mülki vətəndaş deyil, terrorçular olduğunu görüb dəhşətə gələn sürücülərə “sus payı” kimi minlərlə dollar verilib. Maddi həvəsləndirmələrlə kifayətlənməyən təşkilatçılar hər ehtimala qarşı yük maşınlarına uzaqdan idarə olunan bombalar da yerləşdiriblər. Əgər sürücülər səhvə yol verərlərsə, maşınlarıyla bərabər göyə uçurulacaqlarmış.

O da bildirilir ki, maşında əyləşən qadın və kişilərin bədənlərində intihar bombaları bağlanıb. “Xilafət”çi ailələrin yaxalanacaqları təqdirdə, əyinlərindəki bombanı partladacaqları nəzərdə tutulub.

ABŞ-ın “kirli camaşirləri” ortaya çıxdıqdan sonra Pentaqon da təxliyə edilənlərin İŞİD silahlıları olduğunu danmayıb. Anadolu Agentliyinə mövzuyla bağlı açıqlama verən Pentaqon sözçüsü Erik Pahon skandalı “yerli problemə yerli çözüm” kimi qiymətləndirib. Onun sözlərinə görə, İŞİD-lə razılığa gələn ABŞ yox, onun müttəfiqi PKK/PYD birləşməsidir və Vaşinqton bu həll yoluna hörmətlə yanaşır.




Ana səhifəyə qayıt        Baxış: 1 483          Tarix: 15-11-2017, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma