Dünya Müsəlman Alimləri Birliyinin Baş katibi Əli Qaradaği ümmətdaşlarını ABŞ-a qarşı qiyama çağırıb. Baş alimi qəzəbləndirən isə Tramp hakimiyyətinin ABŞ-ın Tel-əvivdəki səfirliyini müsəlmanların ilk qibləsi kimi tanınan Qüdsə köçürmək qərarıdır.
Ovqat.com xəbər verir ki, Qaradaği bunu yalnız fələstinlilərin deyil, bütün ümmətin problemi olduğunu vurğulayaraq, deyib:
"Qüds bütün ümmətin davasıdır. Qüdsün mənəvi şəxsiyyətini dəyişdirmə təşəbbüslərinə icazə vermək böyük ayıbdır. Bunu edənləri Allah da, tarix də, gələcək nəsillər də bağışlamayacaq".
Ərəb və islam ölkələri liderlərinə müraciət edən Qaradağı Qüds və Məscidi-i Əqsanın onlara əmanət olduğunu bildirib və onları başda diplomatik və iqtisadi təzyiqlər olmaqla əllərindən gələn bütün vasitələrlə ABŞ-ın bu planına mane olmağa səsləyib.
"May ayında ABŞ səfirliyinin Qüdsə köçürülməsi müsəlmanlara qarşı müharibə elan etmək deməkdir, işğalçıları açıq-aydın dəstəkləyən addımdır", - Qaradağı belə deyib.
Qeyd edək ki, səfirliyin Qüdsə köçürülməsi barədə ilk məlumat İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrael Katz tərəfindən sosial şəbəkəsdə yazdığı bir statusla gündəmə gəlmiş, ABŞ administrasiyası da faktı inkar etməmişdi. Yisrael Katz sözügedən statusunda ABŞ-ın bu qərarının İsrailin 70 illik yubileyinə verilmiş ən gözəl hədiyyə olduğunu vurğulamışdı.
Səfirliyin məhz 14 may tarixində Qüdsə köçürülməsi zamanlama baxımından da təsadüfi seçilməmişdi. İsrail 70 il əvvəl 14 mayda özünün mövcudluq bəyannaməsini elan etmişdi. Bu isə sözügedən qərarın həqiqətən yubiley hədiyyəsi olduğunu təsdiqləyir.
Paylaş: