Xəbər lenti

 

Bu gün Qazax-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar qəzaya uğrayıb.

Ovqat.com-un aldığı məlumata görə, qatarın 10-cu vaqonu relsdən çıxıb.

Sərnişinlərin dərhal qatardan endirildiyi xəbər verilir. Şahidlərin bildirdiyinə görə, qatar 11 vaqondan ibarətdir. Son iki vaqonun qatardan ayrılması ehtimal olunur. Bu vaqonlarda səyahət edən sərnişinlərin digər vaqonlara yerləşdirilməsindən qatarın hərəkətə davam edəcəyi gözlənilir.

İlkin məlumata görə, qəza dispetserin səhlənkarlığı nəticəsində baş verib.

Qəzanın təxribat olub-olmaması araşdırılır.

Hadisə yerindən çəkilmiş şəkilləri təqdim edirik.

***

Son məlumata görə, qatarı fəlakəti 11-ci vaqonun xanım bələdçisi Qənirə Ağayeva xilas edib.

Cəld tərpənən bələdçi zamanında “STOP” kranını çəkə bilib. Kiçik bir gecikmə qatarın aşmasıyla nəticələnə bilərmiş.

 




Ana səhifəyə qayıt        Baxış: 2 402          Tarix: 25-07-2018, 00:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma